BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Nazlı Çələbi – “Nə olar ki?”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Biz də geyək dar yubkanı çıxaq adamlar içinə , nə olar ki?
Sellülitli budlarimız girsin hamının gözünə, nə olar ki?
Geyimlə əxlaq ölçülmür deyənlərə alqış edək, alnın öpək .
Baxsın hormonları aşan, qadın aclığından çaşan cavan , qoca, nə olar ki?
Biri baxib söyüş söysun, o biri də için cəksin .
Uşaqlar da bizi görüb « maska» gəlir, « gördün ?» – desin, nə olar ki?
Başımızı dik tutaraq ,ona buna göz- qaş edək.
Müasirlik anlamı ilə hər yetənin gözün deşək.
İctimai nəqliyyatda bir kimsədən cəkinmədən,
Utanmadan yüksək səslə deyək gülək, nə olar ki?
Özümüzdən böyuklərə söz qaytaraq, dava edək.
Doğüş vaxtı ana sözü əvəzinə söyüş söyək.

Yığıncaqda kişilərlə göz- göz edib araq içək ,
Sərxoş olub ortalıqda dingildəyək, nəğmə deyək.
Hamı içir hamı cəkir ,hamı gəzir, burda nə var ?
Ərim məni qane etmir bəs nə edək ,bəs nə deyək ?
Soyunmaqda bəhsə girək ,qeybət edək.
Canlı yayım təşkil edib , açıq aşkar « gəl – gəl» deyək.
Şəkillərdə sinə açib dodaq büzək ,nə olar ki ?
Mini ətək , çılpaq bədən təbliğ edək.
Başqasının anasına lağ edərək « xala» deyək nə olar ki?
Abır həya gözləyənə nifrət edək ,ələ salaq!
Carşab altda çılpaqlanaq , hicaba da ləkə ataq!
Qız ismətin itə ataq, nə olar ki?

Nazlı Çələbi

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26