BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qəzaların qaçılmaz olduğu dörd yol ayrıcı.Foto,video


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixeber.info xəbər verir ki,Xaçmaz rayonu Qusarçay kəndi ərazisində dörd yol adlanan yer bir çox sürücülərin kabusuna çevrilib.Beləki,sadalanan yol ayrıcı Bakı-Rusiya,Bakı-Nabran yolunun üstündə yerləşdiyindən ,hər dörd istiqamətdən gələn nəqliyyat vasitələri bu yolda çətinlik çəkirlər.Səbəb kimi isə yolda nəqliyyat vasitələrinin çoxluğu və yolda işiqforun olmamasıdır.Aşağı və yuxarı kəndlərdən gəlib-gedən nəqliyyat vasitələri magistiral yola çıxmaq üçün əməlli-başlı əziyyətə qatlaşırlar.Sürücülərin dili ilə desək bu dörd yolda işiqforun quraşdırılmasına ehtiyac var.Hər gün demək olarki,burda qəzalar baş verir.Bəs adını qeyd etdiyimiz yol ayrıcında işiqforun quraşdırılması ilə bağlı aidiatı qurumlar nə fikirləşir?Suallarımızı telefon vasitəsi ilk öncə Xaçmaz rayonu Qusarçay kənd bələdiyyəsinin sədri Sadiq Alışova verdik.Sadiq müəllim: dörd yol adlanan ərazidə işiqfor qoyulması ilə bağlı sizə müraciətlər daxil olubmu və sizdə bələdiyyə olaraq hansı dövlət qurumlarına məsələ ilə bağlı müraciət etmisiz?Sadiq Alışov:Dörd yoldakı vəziyyətlə bağlı xəbərdarıq.Düzdü bu yolda nəqliyyat vasitələri həqiqətən çoxdu.Bizdə İcra Nümayəndəliyi və Bələdiyyə olaraq lazimi qurumlara şifahi məlumat vermişik.Sadalanan ərazidə işiqfor quraşdırılarsa həqiqi mənada yaxşı olar.Müraciətlər çox olarsa rəsmi qaydada da aidiatı qurumlara müraciət edə bilərik.
Bələdiyyə sədrinin də dediklərini dinləyib qarşı tərəf kimi BDYP -Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Xaçmaz rayonu üzrə rəisi Telman Əliyevlə əlaqə saxladıq.Telman müəllim cavabında bildirdiki,şimal royonlarında bir çox yol ayrıclarında işiqforlar quraşdırılıb,yolların nişanlanması standarlara uyqun aparılıb.Ümümiyyətlə dörd yol ayrıclarında və s.işiqforların quraşdırılması xüsusi komissiyanın rəyi əsasında aparılır.Əyər həmin komissiyaya belə müraciətlər daxil olarsa sadalanan və istənilər ərazi qiymətləndirilir,layihə hazırlanır və işiqforlar quraşdırılır.Dediyiniz ərazi ilə bağlı isə tərəfimizdən növbəti baxış keçiriləcək və ehtiyac duyularsa ərazidə işiqfor və digər nişanlanma işləri aparıla bilər.
İstixeber.info saytı olaraq Qusarçay sakinlərinə bizdə belə bir müraciət edirik.Etdiyiniz müraciəti işiqlandırdıq.Siz də sakinlər olaraq dediyiniz məsələ ilə bağlı ilk öncə yaxınlıqdakı aidiayı qurumlara ərizə ilə müraciət edin.Və əminlikdə deyə bilərik ki,müraciətiniz qəbul olunacaq və dörd yolunuza işiqfor quraşdırılacaq.

İstixeber.info Xaçmaz -Xudat
Rəşad Ağaşirinov

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26