BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Abid Şərifovun avtomobilinin üstünə çıxan jurnalist işdən çıxarıldı – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Jurnalist Nurlan Libre Kanal-13 internet televiziyasındakı işindən çıxarılıb.

İstixeber.info xəbər verir ki, bu haqda telekanalın rəhbəri Anar Orucov sosial şəbəkədə yazıb.

O baş nazirin keçmiş müavini Abid Şərifovun avtomobilinin üstünə çıxan əməkdaşını işdən uzaqlaşdırdığını deyib:

“Abid Şərifovun etdiyi hərəkətə verdiyi adekvat cavabdan sonra Nurlanla bunu kollektivdə ciddi müzakirə etdik, qınadıq və mən ona rəsmi xəbərdarlıq etdim. Ona görə yox ki, Nurlan onun üzərinə maşın sürdürən bir keçmiş məmura öz hərəkətilə cavab verib, ona görə ki, onun etdiyi hərəkət ona qarşı edilənə adekvat olsa da, Kanal13-ün media etikasına, kollektivimizin davranış və əxlaqına adekvat deyil! Xəbərdarlığımızı qəbul etməməsi və etirazlarının davam etdirməsi durumunda isə həmkarımızla yollarımızı ayırmaq qərarı verdik”.

Jurnalist Nurlan Libre bu hadisəyə belə reaksiya verib: “Abid Şərifova görə işimdən qovuldum”. (azxeber.com)

Abid Şərifovun avtomobilinin üstünə çıxan jurnalist işdən çıxarıldı - FOTO

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26