BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Mən sənə verdim…” – Elzadan yeni şeir


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixeber.info Əməkdar artist Elza Seyidcahan yeni  “Metamorfozlar” adlı yeni şeirini oxuculara təqdim edir.

Elə bilirsən ,
Səni məndən soruşmurlar?
-Hanı o?
O hanı?
—Danışmıram,
Eşqimizin faydasıdır,
susuram.
—Elə adamları sevdim ki,
Səni sevdiyimdən
Betər.
Görürsən?
Hec yadıma düşmürlər,
Unuduram.
Gəlmirlər,getmirlər,
Öpmürlər,sevirlər.
Sən də, elə. öləcəksən
dərdimdən.
Cıxacaqsan,
yaddaşımın ruhundan,
birdəfəlik.
İkidəfəlik olmur.
Sevgi olur birdəfəlik.
Gəldi, gördü, sevdi, oldu,
Bitdi, bitdi, bitdi.
—Sən məni sevdin,
Mən səni secdim.
Sən məni aldın.
Mən sənə.verdim..
Könlümü verməseydim,
Ömrüm getməliydi qəmə.
Gəlmişdim birdəfəlik,
Yar baxcasından sənə.
Xal yanaqlı,bal gəlini,
fəda olan xar dəlini.
Əlində ətiri qalan,
Qolunda doynu quruyan,
Yolunda başı əyilən,
Mən,mən,mən!
—Yolda qalan gözlərim
Necə yatsın?
Dilimə hopan öpüşlərin
gecə vaxtı,
Dodaqımızda susan pıcıltılara,
cıqır deyib
Ürəyimizdə şişən sözlərimizi
necə ovutsun?
—Ay adamsız evlər,
Dərd cəkmiyin siz.
—Evsiz adamlar partdıyır
Adamsız evlər catdıyır
Ərsiz arvadlar aqrıyır
Arvadsız ərlər sızlayır
Qardaşsız bacılar neyniyir?
Bacısız qardaşlar kef eliyir…
Bəs qardaşsız torpaq ?
—Ey dilsiz zamanlar,
Susuz amanlar.


Haqsız umanlar.
Bu atamsız anam,
Anamsız yaman.
—Düşməyəcəyəm yadıva,
Düşməyəcəksən yadıma.
Gəlməyəcəksən yanıma,
Qacmayacaqam qucaqına.
Qolların həsrət qalacaqsa
əyər,
Bunun günahını axtarmaqa
məyər,
Ürəyini üzüb sızıldatmaqa
dəyər?
Həsrət səni əyər.
Baxma mənə.
Səni gözlərim məqlub
edər.
—-Nə etsin bədənimiz?
Sözlər nə desin?
Möhtacıdır onlar
Saf eşqimizin.
Cəhənnəm.əzabıdır
Yolunu gözləmək,
Bizi yaratdı yenidən,
Güclü sevişmək.
Ömrüvün dəyəri mənəm
Quyuda olan su tək.
Ruhumun dəyəri sənsən
Evin dəyəri insan kimi.
Adamsız evlər qarıyır
Ərsiz arvadlar kimi.
Adamsız evlər quruyur,
Heyvansız meşələr kimi.
Cəkilir,
Suyu qurumuş caylar kimi.
Sonudur,
balıqsız dənizlər kimi.
arısız pətəklər kimi.
—Son beşiklər
evdə qalsa,
Yurdda yatsa,
Ocaqımıza köz atsa,
Evlər adamsız qalmasa,
Cıraqımız sönməsə,
Qəbirlər aqlamasa,
Eşidin məni:
Evdən gedən, evə dönən,
Evdə yatan, evdə ölən,
Qalan…
Evdən qacan insanlar…
Evdən adam iyi gələr,
Yaqlı badam iyi gələr,
Evdən adam iyi gələr.

İstixeber.info

 

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26