BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Quba Rayon Polis Şöbəsinin şəxsi heyəti qanvermə aksiyasında iştirak edib – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

QAN VER, YAŞAT!

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya instititunun əməkdaşlarının iştirakı ilə Mərkəzi Qan Bankının Quba bölməsində talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirilib.


“Qan ver, yaşat!” devizi ilə gerçəkləşən humanist aksiyada Quba Rayon Polis Şöbəsinin şəxsi heyəti fəal iştirak edib. Səhhəti imkan verən polis əməkdaşları tibbi müayinədən keçdikdən sonra qan vermək üçün masalara yaxınlaşıblar. Onlar bu aksiyaya qoşulmağı özlərinə vətəndaşlıq borcu olduğunu bildirirərək, xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadıqlarını bir daha nümayiş etdiriblər. Keçirilən xeyriyyəçilik tədbiri aksiya iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. .

Qeyd edək ki, yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26