BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakıda insanı DƏHŞƏTƏ GƏTİRƏN HADİSƏ – Yaşlı kişi azyaşlı qızı ZORLADI


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakıda azyaşlı qıza qarşı seksual xarakterli əməllər törətmiş şəxsin məhkəməsi başlayır.

İstixeber.info-nun News24.az-a istinadla məlumatına görə, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü, yəni, Seksual xarakterli zorakılıq hərəkətləri – təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə cinayət işi açılan Mərdanov Elman Salman oğlunun işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılacaq. Təqsiri sübuta yetirilsə, 60 yaşlı Elman Mərdanovu səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qeyd edək ki, 5 yaşlı qızın zorlanması hadisəsi Nəsimi rayonu Şamil Əzizbəyov küçəsindəki həyətdə baş verib. Həyətdə oynayan 2014-cü il təvəllüdlü Aytən Əsgərliyə (şərti adlı) 1959-cu il təvəllüdlü Elman Mərdanov yaxınlaşıb.

O, qonşunun azyaşlı qızını gizli yerə aparıb və orada ona qarşı seksual xarakterli hərəkətlər edib.

Bundan azyaşlının anası xəbər tutub. Ana baş verən olayla bağlı polisə şikayət edib.

İstintaq orqanı tərəfindən Elman Mərdanovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.

İstintaqa ifadə verən Elman Mərdanov törətdiyi əməli etiraf edib. O, narkotik vasitənin təsiri altında olduğunu deyib.

Elman Mərdanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən Nəsimi rayon Məhkəməsinə təqdimat göndərilib.
Hakim Şəlalə Həsənovanın sədrliyi ilə baş tutan qapalı prosesdə istintaq orqanını təqdimatı təmin olunub və Elman Mərdanovun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda bu iş üzrə istintaq tədbirləri görülür.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26