BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

SON DƏQİQƏ! Quba-Bakı yolunda Mersedes Vito alışdı. Sərnişinlər TƏXLİYYƏ OLUNDU – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün axşam saatlarında Quba-Bakı yolunun Siyəzən rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

İstixeber.info xəbər verir ki, Qubadan Bakı istiqamətində sərnişin daşıyan Mersedes Vito markalı avtomaşının mühərrik hissəsi qəfildən yanmağa başlayıb. Nəqliyyat vasitəsində olan sərnişinlər yaxınlıqdakı insanların köməkliyi ilə təxliyə olunub. Hadisə nəticəsində xəsarət alan olmasada nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Hadisə yerinə FHN-YM-hissəsinin əməkdaşları, Təcili yardım və YPX-nin əməkdaşları cəlb olunub. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Qeyd edək ki, son bir həftə ərzində ölkə ərazisində Mersedes Vitoların iştirakı ilə baş verən dördüncü yol nəqliyyat hadisəsidir.

Rəşad Ağaşirinov

İstixeber.info Şabran-Siyəzən

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26