BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Nəriman Nərimanovun yeganə varisi Azərbaycana “06” ilə qonaq gəldi, gömrük xidməti “Mersedes” kimi qeydiyyata aldı – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Nəriman Nərimanovun yeganə varisi, keçmiş SSR Təhlükəsizlik Xidmətinin əməkdaşı, 1930-cu il təvəllüdlü Əlibaba Nərimanov 5 İyul 2019-cu il tarixdə “SINIQ KÖRPÜ GÖMRÜK KEÇİD MƏNTƏSİ” – dən keçərək Azərbaycana qonaq gəlib. Gömrük keçid məntəqəsində qonağı ” YAXŞI” qarşılayıblar. Belə ki, Əlibaba Nərimanovun idarə etdiyi VAZ 2106 markalı avtomobili Görmük işçiləri tərəfindən “MERSEDES” kimi qeydiyyata alınıb.

Bu barədə İstixəbər info-ya Əlibaba Nərimanov özü məlumat verib.

Onun sözlərinə görə, ondan Jiquli markalı avtomobil üçün yox, Mersedes markalı avtomobil üçün nəzərdə tutulmuş dövlət rüsumunu tələb ediblər. İlk öncə mənə dedilər ki, dövlət rüsumları qalxıb. Məndə heç fərqinə varmadan mənə verilən sənədləri götürüb Azərbaycana gəldim. Gəlib evdə baxıram ki, bəs mənim idarə etdiyim VAZ2106 markalı avtomobillə bağlı sənəddə heç bir qeydiyyat yoxdur. Sürücüdə başqa şəxsdir. Məgər Gömrük Xidmətinin “məsul şəxsləri” Mersedeslə Jiqulini ayırd edə bilmir? Sabah yenidən qayıdıb məsələni araşdıracam – deyə Ə. Nərimanov qeyd etdi.

Məsələ ilə bağlı gecə saatlarında Dövlət Gömrük Xidmətinin mətbuat katibi Natiq Axundovla əlaqə saxladıq. Natiq müəllim saatın fərqində olduğumuzu bizə bildirdikdən sonra telefonu bağladı.

Bu gündə Natiq müəllimlə əlaqə saxlamağa çalışsaqda, telefonlarımıza cavab ver’n tapılmadı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

İstixəbər info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26