BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Hər səhər çay içənlərin diqqətinə – Bu xəstəliklərə səbəb olur


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Hər səhər bir çoxumuz qəhvəaltı etməsək də, çay içirik.

İstixeber.info ölkə.az-a istinadən bildirir ki, səhərlər çay içmək bəzi hallarda müəyyən xəstəliklərin yaranmasına səbəb olur.

Anemiyaya səbəb olur

Həddən artıq çay içmək orqanizmə ziyandır. Çünki çayın tərkibindəki bi maddə orqanizm tərəfindən dəmirin sovrulmasının qarşısını alır və anemiya, qansızlıq kimi xəstəliklərə səbəb olur.

Taxikardiya

Bundan başqa, çayın tərkibindəki kofein isə qan təzyiqini yüksəldir və taxikardiya yaradır. Həm də normadan artıq çay içmək orqanizmin su itirməsinə səbəb olur.

Xərçəng

Məlum olub ki, qaynar içilən çay orqanizmə ciddi ziyan vurur. Çayın tərkibindəki tein və tanen maddələri çay qaydalara uyğun dəmlənməyəndə aktivləşir. Bu isə xərçəngə səbəb ola bilər. Belə halın qarşısını almaq üçün çayı çox isti pilətədə dəmləmək olmaz.

Qaynar çay qida borusu xərçənginə səbəb olur

İranlı alimlər isə bildirirlər ki, qaynar çay qida borusu xərçənginə səbəb olur. Qaynar çay boğaz toxumalarını zədələyir və xərçəng riskini 8 dəfə artırır.

Nə qədər çay içək?

Alimlər qeyd edirlər ki, gün ərzində 6 stəkandan çox çay içmək düzgün deyil.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26