BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sabah yağış yağacaq


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İstixeber.info-ya daxil olan məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

İyulun 10-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26