BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

POLİS BAYRAMI XIZI RAYONUNDA QEYD EDİLİB – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

XALQ AZƏRBAYCAN POLİSİNƏ GÜVƏNİR

Azərbaycan Polisinin 101 illiyinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.

İstixeber.info xəbər verir ki, bütün regionlarda olduğu kimi, Xızı rayonunda da tədbir yüksək əhval ruhiyyə ilə qeyd edilib. Tədbirin ilk hissəsində Xızı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini və şəhidlər xiyabanını ziyarət ediblər.

Tədbirin ikinci hissəsi RPŞ-nin inzibati binasında davam edib. Çıxış edən polis rəisi Həmid Həsənov bildirib ki, Azərbaycan xalqının polisə güvəni möhkəm və sarsılmazdır. Məhz 101 yaşını qeyd edən polisimiz müstəqil dövlətimizin yarandığı ilk gündən xalqına şərəflə, qürurla xidmət edib, daima öz andına sadiq olub. Hər zaman öz millətinə arxa-dayaq olan şərəfli peşənin əməkdaşları bu gün də köməyə ehtiyacı olan hər bir şəxsin yanındadır, onun ümüd yeridir. Çıxışının sonunda əlamətdar gün münasibəti ilə bütün əməkdaşları təbrik edən H.Həsənov tədbirdə iştirak edən hər kəsə polisimizin uğurlarını günü-gündən artacağını, Xızı Rayon Polis Şöbəsinin kollektivinin də ictimai təhlükəsizliyin qorunmasında öz bacarıqlarını əsirgəməyəcəyini deyib.

Tədbirin sonunda xidməti vəzifəsində fərqlənən əməkdaşlara mükafatlar təqdim olunub.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26