BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

QUBADA POLİS BAYRAMI QEYD EDİLİB – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Quba Rayon Polis Şöbəsində Daxili İşlər Nazirliyinin yaranmasının 101 illiyi münasibəti tədbiri keçirilib.

İstixeber.info xəbər verir ki, əvvəlcə Rayon Polis Şöbəsinin şəxsi heyəti Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər.

Heydər Əliyev mərkəzində davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın Respublikasının Müstəqilliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş polis əməkdaşlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirin açan Quba RPŞ-nin rəisi, polis polkovniki Süleyman Neymətov çıxışında Ulu Öndərin şərəfli polis peşəsinə olan hörməti və güvəni haqqında şəxsi heyətə danışıb. O, yarandığı gündən Daxili işlər orqanlarının şərəfli xidmət yolu keçdiyi, polisin hər zaman dövlətçiliyimizə sadiq olduğu və sabitliyin, əmin-amanlığın qorunmasında fədakar xidmət apardığını bildirib. Çıxışında bütün polis əməkdaşlarını Azərbaycan Polisinin 101 illiyi münasibəti ilə təbrik edən S.Neymətov, hər bir əməkdaşa çalışdığı çətin və ağır polis peşəsində uğurlar və yüksək nailiyyətlər arzulayıb.

Daha sonra çıxış edənlər Azərbaycan Polisinin 101 illiyi münasibəti ilə polis əməkdaşlarını təbrik ediblər. Daxili işlər orqanlarının fəaliyyətini yüksək dəyərləndirən tədbir iştirakçıları, şəxsi heyətə gələcək fəaliyyətlərində də uğurlar arzulayıblar.

Tədbirin sonunda xidməti vəzifəsində fərqlənən əməkdaşlara mükafatlar təqdim olunub.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26