BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bir tərəfdə zəngin insanlar, digər tərəfdə kasıblar var – Əli Əhmədov


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Bəşəriyyət kövrək dövrü yaşamaqdadır. Bir tərəfdə zəngin insanlar, digər tərəfdə kasıblar var. Dünyanın dəyişdirilməsi ilə bağlı BMT layihə həyata keçirir. Məqsəd ondan ibarətdir ki, dünya fəlakətlərdən xilas edilsin”.

İstixeber.info xəbər verir ki, bunu Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalının təqdimat mərasimində Azərbaycanın Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan dövləti sosial vəzifələri layiqincə həyata keçirir: “Ölkə iqtisadiyyatı inkişaf edir. Azərbaycanda bu il əməkhaqqının artırılması ilə bağlı iki sərəncam imzalanıb. Bu, vətəndaşların sosial rifah halının yaxşılaşmasına xidmət edir”.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26