BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Göygöldə Polis işçilərinin peşə bayramı qeyd olunub – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Polis işçilərinin peşə bayramı qeyd olunub

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan İstixeber.info-ya verilən məlumata görə,

bu münasibətlə Göygöldə keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin məzarını ziyarət edib, əziz xatirələri bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Tədbirin rəsmi hissəsi rayonun Heydər Əliyev Mərkəzinin binasında davam etdirilib. Əvvəlcə dövlət himni səsləndirildikdən sonra daxili işlər naziri, geneal-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına təbrik teleqramı oxunub.

Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev şəxsi heyəti və qonaqları salamlayaraq,  Azərbaycan  polisinin, o cümlədən  Göygöl  rayon Polis Şöbəsinin əməkdaşlarının  keçdiyi  şərəfli yoldan ətraflı danışıb. O, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov təbrik nitqində bildirib ki, Azərbaycan polisinin keçdiyi 101 illik bu tarixi yol şərəfli yoldur, eyni zamanda bu günkü nəsil üçün örnək olan bir yoldur. İcra başçısı bildirib ki, Ümummilli lider Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi hərtərəfli islahatların nəticəsi olaraq, Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılıb. Hazırda möhtərəm Prezidentimiz
İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanı, o cümlədən Azərbaycan polisi bu gün də insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır.

Tədbirin sonunda polis veteranlarına və xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26