BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Dünya TƏŞVİŞ İÇİNDƏ: uçuşlar dayandırıldı, yollar bağlandı, minlərlə insan…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Papua-Yeni Qvineyanın (PYQ) Qərbi Yeni Britaniya ştatında yerləşən Ulavun vulkanı hərəkətə keçib.

İstixeber.info xəbər verir ki, Bismark arxipelaqında yerləşən vulkan səbəbilə bölgədə yaşayan 5 min insan təcili təhlükəsiz yerlərə təxliyə edilib.

“Radio Yeni Zelandiya”nın xəbərinə görə, lava axınına görə bəzi avtomobil yolları bağlanıb. Tələfatla bağlı hələ ki, məlumat verilməyib.

Vulkandan çıxan qara duman səmada kilometrlərlə sahəyə yayılıb. Qalın kül yağışı yağır.

Arxipelaqdakı ən təhlükəli vulkan kimi tanınan Ulavun hava yolları şirkətlərini də təşvişə salıb. Ölkənin “Air Niugini” beynəlxalq havayolu şirkəti adadakı “Hsokinos” hava limanına bütün uçuşları dayandırıb.

Papua-Yeni Qvineya Geoloji Araşdırma Mərkəzinin məlumatına görə, Ulavun ölkədəki ən yüksək və ən dik vulkandır. Ümumilikdə, PYQ-də 6 riskli vulkan var.\Publika.az

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26