BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Son dəqiqə… Bakıda 1-ci sinif şagirdini zorlayıblar


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakının Xətai rayonundakı 263 saylı orta məktəbdə 1-ci sinifdə oxuyan oğlan uşağının həmin məktəbin 10-cu sinif şagirdi (bəzi məlumata görə iki şagird) tərəfindən zorlanması iddiaları təsdiqini tapır. İstixeber.info  Virtualaz.org istinadən bildirir ki, həmin məktəbin işçilərindən birindən anonimlik şərti ilə dəqiqləşdirib ki, azyaşlının seksual zorakılığa məruz qalması hadisəsini əvvəlcə ört-basdır etmək istəyiblər. Lakin valideyinlər bundan xəbər tutub və hadisə mətbuata sızıb.

Mənbəmizin bildirdiyinə görə hazırda məktəbdə hüquq-mühafizə orqanlarının çoxsaylı əməkdaşları araşdırma aparır. Məktəbin həyətinə giriş bağlanıb. “Hadisənin olması dəqiqdir. Təcavüzə məruz qalan 1-ci sinif şagirdi danışdırılıb, o başına gələnləri danışıb. Deyir onu zorlayan 10-cu sinif şagirdinin adını bilmir, amma görsə tanıyacaq. Bu səbəbdən sabah məktəbdə üzləşdirmə olacaq. Polis məktəbin bütün 10-cu sinif şagirdlərinin məktəbdə olmasını tapşırıb, kim gəlməsə deməli hadisəni törədən odur”-məktəbdəki mənbəmiz deyib.

Qeyd edək ki, bu dəhşətli cinayət əməlini bilib gizlətməyə görə uşağın himayəçisi qismində çıxış edən xalası, məktəbin direktoru və sinif müəllimi, digərləri də cinayət məsuliyyəti daşıyır. Çünki onlar hadisəni bildikləri halda hüquq-mühafizə orqanlarına şikayət etməyiblər. Cinayətdən ancaq valideyinlərin mətbuata müraciətindən sonra hüquq-mühafizə orqanları xəbər tutub.

Təhsil çevrələrindəki mənbələrimiz deyirlər ki, Bakı məktəblərində son illər bir-birinin ardınca baş verən zorlama hadisələri, rüşvətin və digər qanunsuzluqların geniş vüsət alması Məhəbbət Vəliyevanın şəhər Təhsil İdarəsinə rəhbər təyin olunmasından sonraya təsadüf edir. Onun dövründə Bakı məktəbləri əsl bazara çevrilib. M.Vəliyeva hər yerdə özünü yeni təhsil naziri Ceyhun Bayramovun adamı kimi təqdim edir, ancaq yeni nazirin onu himayə etdiyi nə dərəcədə doğrudur, bu məlum deyil.

Əməkdaşımız isə məktəbdən xəbər verir ki, məktəbin giriş qapısı bağlanılıb, içəri yalnız şagirdlər buraxılır. Hazırda 10-a yaxın polis əməkdaşı məktəbdədir, onlar zorlandığı deyilən uşaqdan, onun valideynindən və sinif müəllimindən izahat alırlar.

 

 

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26