BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Suyunuzda infeksiya var deyib, əhaliyə su filtirləri satırlar – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Dünən axşam saatlarında saytımıza Xaçmaz rayonu Qusarçay kəndinin sakinindən belə bir müraciət daxil olub.

Müraciət edən şəxs Tacəddinov Qiyas Allahverdi oğlu bildirir ki, ayın 23-bazar günü saat 19:00 radələrində bir neçə nəfər şəxs həyətimizə daxil oldu. Özlərini Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin və su filtitlərinin quraşdırılması üzrə mütəxəsislər olduqlarını təqdim edərək həyətimizdəki içməli suda infeksiya və bakteriyaların olduğunu, özləri ilə gətirdikləri su filtirlərini quraşdıracaqlarını söylədilər. İlk öncə qeyd edək ki, bu filtirlərin qiyməti 900-1500 manat arası dəyişir. Biz sakinləri narahat edən məsələ isə neçə illərdi içdiyimiz suda infeksiya olması faktıdır. Yəni bu vaxtsız gələn qonaqların dediyinə görə.

Çox hörmətli İstixeber.info saytının rəhbərliyi qalmışıq bu suyu içək yoxsa tanımadığımız adamların dediyi kimi bu su filtirlərin alaq? Bizə bu işdə kömək edin. Məsələni aidiyatı qrumlara çatdırın.

Sakinin müraciətini oxuduqdan sonra həmin kəndə su filtirlərinin satışını həyata keçirən, özünü reklam meneceri kimi təqdim edən Tural Şükürlü ilə danışdıq. Tural bildirdi ki, bizim Səhiyyə Nazirliyindən Lisenziyamız var və tam qanuni formada işimizi aparırıq. Bu kəndində suyunda infeksiya aşkarlamışıq və sakinlər bizim satdığımız filterlərdən almalıdırlar ki, səhətlərində problem olmasın. Təbii ki, bu sakinlərin istəyi ilə olmalıdır.Yəni könüllü surətdə.

Tural bəyi dinlədikdən sonra özümüzdə bir sıra suallar yarandı.

Niyə özlərini dövlət qurumunun işçiləri sayan bu şəxslər sakinlərin evlərinə axşam vaxtı gedir?

Niyə ərazinin Bəlidiyyə sədrinin və aidiyatı qrumların bu işdən xəbəri yoxdu?

Niyə bu şəxslər suda infeksiya var deyib, əhalidə təşviş yaradır?

Bəs suyun analizini aparmaq üçün bunlara kim səlahiyyət verib?

Məsələni araşdırmaq qərarına gəldik.

İlk öncə suallarımızı Qusarçay kənd Bələdiyyəsinin sərdi Sadıq Alışova verdik.

Sadiq Alışov: Düzü ərazidə belə bir iş getdiyimdən xəbərim yoxdu. Adətən ərazidə hər hansı iş aparılanda ilk öncə bizə xəbər verilir. Amma belə qanunsuz bir iş görənlərin olması barədə xəbərim var. Daha bunların bizim qəsəbə ərazisinə gəlməsindən xəbərim yoxdu. Mən indi həmin əraziyə gedəcəm və məsələ ilə yaxından tanış olacam. İmkan verən deyiləm ki, öz hüquqlarını bilməyən sadə camaatı aldadıb öz istəklərinə nail olsunlar. Qaldıki , suyumuza bu zamana kimi bizim suda bir problem olmayıb. Sizin sayt vasitəsi ilə də demək istəyirəm ki, belə insanlara aldanmayın.

Bələdiyyə sədrinin dediklərini dinlədikdən sonra, Azərsu ASC-nin Xaçmaz rayonu üzrə Su-Kanal idarəsinin rəisi Teyyub Sultanovla əlaqə saxladıq. Teyyub müəllim cavabında bildirdiki, bu insanlar bir müddət öncə mənim işçilərimdən birinidə belə su filtirləri satıblar. Özləridə Azərsunun və Səhiyyə Nazirliyinin adından istifadə edirlər. Məndə olan məlumata görə, bu insanlar Xaçmazda kirayəyə ev tutub öz məhsullarının şimal rayonlarında satışını həyata keçirirlər. Çox istərdim ki, özünü aldadılan sayan vətəndaşlar polisə müraciət etsinlər. Çünki, bizim tabeliyimizdə belə bir qeydiyyatlı insanlar yoxdu.

Məsələni hüquqi tərəfdən araşdırmaq üçün DİN-in Mətbuat Xidmətinin Quba regional mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin nümayəndəsi polis leytenantı Nizam Həmidov İstixeber.info-ya açıqlamasında bir mənalı olaraq bildirdi ki, istənilən vətəndaş sadalanan məsələ ilə bağlı şikayəti olarsa, yaxınlıqdakı polis bölməsinə ərizə ilə müraciət edə bilər. Əgər vətəndaşları aldatma halları hansısa dövlət qurumunun adından qeyri-qanuni istifadə olunarsa, bu qanunla həll ediləcək və aid olunan şəxslər məsuliyyətə cəlb olunacaq.

Hörmətli oxucuyucular! Hər qapıya gələnə inanmayın! Hüquqlarınızı tələb edin!

Əgər sizdə belə hallarla qarşılaşsanız saytımızın qaynar xətt nömrəsi ilə əlaqə saxlayın.

Rəşad Orucoğlu

İstixeber.info 

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26