BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Dağlıq Qarabağ münaqişəsi tələbələrin gözü ilə” layihəsi başa çatdı – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dillər Universitetində, Bakı Slavyan Universitetində, Bədən Tərbiyəsi və İdman Akademiyasında, Azərbaycan Texniki Universitetində, Turizm və Menecment Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində seminarları başa çatdırmışdır.

İstixeber.info xəbər verir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasında qaçqın və məcburi köçkün tələbələrin vətənpərvərlik ruhunda tərbiyə olunması, bu münaqişə barədə məlumat bazalarının gücləndirilməsi, sosial şəbəkələr vasitəsilə Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolunun artırılması və s. layihənin əsas məqsədini təşkil etmişdir.


Layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu münaqişənin həllində tutduğu prinsipial və vətənpərvər mövqeyi, silahlı qüvvələrimizin ermənistan üzərində əzici gücə malik olmasını təmin etməsi, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Xanım Əliyevanın beynəlxalq miqyasda apardığı işlər, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı, Heydər Əliyev Fondunun Birinci Vitse –Prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət” kompaniyası çərçivəsində gördüyü işlər və s. ekspertlər tərəfindən tələbələrə müfəssəl izah edilmiş, tələbələr diskussiyalarda fəal iştirak etmişdir.
Seminarlar zamanı seminarlarda iştirak edən tələbələrə ermənistanın Azərbaycana silahlı təcavüzünün fəsadlarını əks etdirən marifləndirici bukletlər paylanılmışdır.

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26