BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Zaqatala sakini narkotiklə tutuldu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Zaqatala sakini külli miqdarda narkotiklə saxlanılıb

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Lahıc kənd sakini, 37 yaşlı Ramin Abdurahmanov saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın qurudulmuş marixuana aşkar olunub. Keçirilmiş tədbirlərin davamı olaraq R. Abdurahmanovun yaşadığı evə də polis əməkdaşları tərəfinən baxış keçirilib. Evin zirzəmisindən 3 kq 745 qr və Lahıc kəndindəki çöllük ərazidə gizlətdiyi 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26