BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

ÇƏTƏNƏ KOLLARI ƏKƏN ŞABRAN SAKİNİ SAXLANILDI – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq keçirilən tədbirlər çərçivəsində Padar kənd sakini Fikrət Paşayevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanıb.

Hal şahidlərinin iştirakı ilə həmin sahəyə baxış zamanı oradan yaş çəkisi 1150 qram təşkil edən hündürlüyü 37-117 sm olan 8 ədəd çətənə kolu aşkar olunub.
Dindirilmə zamanı F.Paşayev çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.
Faktla bağlı Şabran RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26