BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakıda “Nissan” YPX avtomobilinə çırpıldı – Polis xəsarət aldı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

REKLAM

İstixeber.info APA-ya istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Məmmədov İmran Nazim oğlu idarə etdiyi “Nissan” markalı avtomobillə yol ayrıcında “Yol verin” nişanının tələbini pozaraq gözləmədən əsas yola çıxıb. Bu zaman o, idarə etdiyi nəqliyyat vasitəsilə Şirin Mirzəyev küçəsi ilə hərəkətdə olan Yol Patrul Xidmətinə (YPX) məxsus 99 YP 459 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilə çırpılıb. Nəticədə yol patrul xidmətinin inspektoru və “Nissan”ın sürücüsü İ.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fakt Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26