BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Gəncə Polisi qanvermə aksiyasında iştirak edib – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Gəncədə polis əməkdaşları qanvermə aksiyasında iştirak ediblər.

REKLAM

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı və Gəncə şəhər Səhiyyə İdarəsinin təşkilatçılığı ilə “Qan ver, yaşat!” devizi ilə gerçəkləşən humanist aksiyada Şəhər Baş Polis İdarəsinin və tabeli qrumularının şəxsi heyəti fəal iştirak ediblər. Onlar bu kimi xeyriyyə tədbirlərinin keçirilməsini təqdirəlayiq hesab etməklə xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadıqlarını nümayiş etdiriblər. Bu aksiyaya qoşulmağı səhhəti imkan verən hər bir insanın vətəndaşlıq borcu olduğunu bildiriblər.
Polis əməkdaşları əvvəlcə tibbi müayinədən keçiriliblər, sonra isə qan vermək üçün masalara yaxınlaşıblar.
Qeyd edək ki, yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26