BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Maşında narkotik daşıyan şəxs saxlanılıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qaxda avtomobildə çətənə bitkisi daşıyan şəxs saxlanılıb

REKLAM

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Balakən rayonu Gərəkli kənd sakini Xəlil İsaxəliyev saxlanılıb. Ona məxsus “ Opel” markalı avtomobilin yük yerinə baxış keçirilən zaman oradan əkilib-becərilməsi qadağan olunmuş 13 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb. Dindirilmə zamanı X. İsaxəliyev həmin narkotik tərkibli bitkiləri Qax rayonu Qorağan kəndi ərazisində yetişdirdiyini bildirib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26