BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Zəhranın ailəsinə qovuşduğu duyğusal anlar – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İki gün əvvəl itkin düşmüş və bu gün tapılmış 3 yaşlı Zəhra Bağırzadə ailəsinə təhvil verilib. 

REKLAM

İstixeber.info apa-ya istinadən xəbər verir ki, uşaq yaşadığı evə gətirilib.
Qeyd edək ki, 2 gün əvvəl Z. Bağırzadə evlərinin qarşısından naməlum şəraitdə yoxa çıxıb. Uşaq bu gün tapılıb.
Zəhranın qaçırılması ilə bağlı bir nəfər saxlanılıb. Saxlanılan şəxs Masallı rayonundan olan qadındır.

Hazırda o, polis bölməsində dindirilir və digər istintaq hərəkətləri aparılır. Faktla bağlı araşdırma davam etdirilir.

“Polis əməkdaşlarına və mediaya təşəkkür edirəm”, – bunu Zəhranın atası Rəsul Bağırzadə deyib.
Ata qızının tapılmasına zəhməti olanlardan hallalıq istəyib: “Bayram günü Allah balamı mənə qaytardı. Qızımın tapılmasında kimin əziyyəti varsa, halal etsin. Azərbaycan polisinə yüz faiz güvənmək olar. Eləcə də, mətbuat işçiləri çox əziyyət çəkdilər”.

R.Bağırzadə Zəhranı polis əməkdaşlarının tapdığını deyib: “Çox güman ki, qaraçılar qaçırıb uşağı. Hazırda istintaq gedir. Nəticə barədə məlumat veriləcək”.
Uşağın anası Cəmilə Bağırzadə də hamıya təşəkkür edib: “Allah hamıdan razı olsun. Allahıma min şükürlər olsun ki, balam tapıldı”.
Zəhranın ailəsinə qovuşduğu duyğusal anlar - FOTOZəhranın ailəsinə qovuşduğu duyğusal anlar - FOTOZəhranın ailəsinə qovuşduğu duyğusal anlar - FOTOZəhranın ailəsinə qovuşduğu duyğusal anlar - FOTOZəhranın ailəsinə qovuşduğu duyğusal anlar - FOTO

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26