BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bu xidmətlər ödənişli olacaq – Qanun təsdiqləndi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Fitosanitar sahəsində dövlətin vəzifələri artırılıb.

REKLAM

İstixeber.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev bu gün “Fitosanitar nəzarəti haqqında” Qanunda dəyişikliklər edilməsi haqqında Qanunu təsdiqləyib.

Dəyişikliklə dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində fitosanitar nəzarəti ilə bağlı tədbirlər gömrük orqanları ilə birlikdə Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

Fitosanitar tədbirləri və dövlət fitosanitar xidmətləri hüquqi və fiziki şəxslərin vəsaiti, könüllü ödənişlər və donor təşkilatların texniki-maliyyə yardımı hesabına ödənilir. Təklif edilən dəyişikliyə əsasən, həmin tədbirlərə və xidmətlərə (“Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulanlar istisna olmaqla) görə alınan xidmət haqqı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), yəni Qida Təhlükəsizliyi  Agentliyi tərəfindən müəyyən ediləcək./unikal

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26