BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Həkimin öldüyünü eşidən azərbaycanlı müğənni “Baku Medical Plaza”dan qaçıb? – YENİLƏNİB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixeber.info xəbər verir ki, Klinikadan Milli.Az-a verilən məlumata görə, müğənni Zemfira İbrahimovanın əməliyyat olunmaq fikrindən daşınaraq klinikadan qaçması ilə bağlı yazılan xəbərlər yalandır.

Müğənni hal-hazırda klinikadadır. Artıq əməliyyat olunub. Vəziyyəti yaxşıdır.

———-

İki gün əvvəl əməliyyat olunmağa hazırlaşan müğənni Zenfira İbrahimova fikrindən daşınıb.

İstixeber.info axşam.az-a istinadən bildirir ki, sənətçi piylərini çıxartdırmaq üçün estetik-cərrah Sirus Qoçxaniyə müraciət etsə də, son anda qərarından vaz keçərək, əməliyyat otağından qaçıb. Buna isə Sirus Qoçxaninin Zenfiradan az əvvəl liposaksiya etdiyi xəstənin ölümü səbəb olub.

REKLAM

Bu xəbəri eşidən sənətçi bərk qorxuya düşüb və əməliyyat masasına oturmayacağını deyərək, evinə qayıdıb.

Qeyd edək ki, Zenfiranın əməliyyat olunacağı gün vəfat edən şəxs həkim-ginekoloq Sona Gürgün Vəliyeva olub.  Elmi-Tədqiqat Ağciyər İnstitutunda işləyən ginekoloqu əməliyyat edən də adı bir neçə dəfə xəstə ölümlərində hallanan estetik-cərrah Sirus Qoçxani olub. S.Vəliyeva Cəmil Gürgün adlı Türkiyə vətəndaşı ilə evli imiş. Xanımının əməliyyatdan sonra dünyasını dəyişdiyi xəbərini alan həyatı yoldaşı C.Gürgün infarkt keçirib. Sirus Qoçxani “Baku Medical Plaza”da çalışır.

Onu da bildirək ki, Qoçxani 2017-ci ilin iyununda 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Qoçxani o zaman “Zəfəran Hospital”da işləyirdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26