BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Toyuq hinində narkotik becərən şəxs saxlanılıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Toyuq hinində narkotik yetişdirirdi

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, mayın 27-də İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Quşencə kənd sakini 28 yaşlı Turab Alıyev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədə və toyuq hininin içərisində xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 4 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26