BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İki turist Bakıda eyni qadınla sekslə məşğul oldu, qarət edildi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Körfəz ölkələrindən Azərbaycana gələn kişi turistləri seksdən sonra polisə şikayətlə müraciət etməsi artıq geniş vüsət alıb.

Belə şikayətlərdən biri mayın 26-da Səbail rayonunun 41-ci Polis Bölməsinə daxil olub.

REKLAM

İstixeber.info xəbər verir ki, şikayət pul müqabilində intim xidmətlər göstərən qadından edilib.

Şikayətçilər mayın 25-də turist qismində bir həftə müddətinə Azərbaycana gəlmiş İraq vətəndaşları Qusey Casim Kərim və Sefa Hüseyn Kərimdir. Badamdar qəsəbəsində yerləşən xaricilər intim xidmətlər üçün dəvət etdikləri Şəms adlı qadının səhər 08:00-da evi tərk edən zaman onların iki mobil telefonunu, iki blok siqaretini, iki min dollar məbləğində pulunu oğurladığını iddia edir.

Hələlik əməliyyatçılar iraqlıları aldatmış qadını saxlaya bilməyib. Bu istiqamətdə hazırda işlər aparılır. Polislərin buna cəmi beş gün vaxtı qalıb. Əks təqdirdə turistlər vətənlərinə qayıdacaq və ədalətin bərqərar olmasını gözləri ilə görə bilməyəcək.

Bu arada, Səbail rayonunun 9-cu bölməsinə 27 yaşlı qadın müraciət edib. O, mayın 26-da səhər saatlarında Əliyarbəyov küçəsində BƏƏ vətəndaşının onu döydüyünü iddia edir. Ancaq şikayətçi ona əl qaldırmış şəxsin adını xatırlamır.

Bundan əvvəl Oxu.Az mayın 9-na keçən gecə “Crown Baku” hotelində Hindistan vətəndaşı, 29 yaşlı Hiteş Qoyal Rakeş Kumarın oğurluq qurbanı olduğunu xəbər vermişdi. Şikayət ərizəsinə əsasən, hindistanlının hotel nömrəsinə dəvət etdiyi zərif cinsin nümayəndəsi onun pul qabından min dollar pul oğurlamışdı./oxu.az

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26