BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Nabranda əmlak və torpaqlarının qiyməti. Sosial şəbəkələr üzərində aparılan alqı-satqı -FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sosial şəbəkələrin birində satışa qoyulan əmlak marağımıza səbəb oldu.

İstixeber.info xəbər verir ki, Xaçmaz rayonu Nabran qəsəbəsində 14-sot torpağın içində iki ev olmaqla 100000 -min manata qoyulması inandırıcı olmasada sahəni satan şəxslə əlaqə saxlayanda bəlli oldu ki, əmlak təcili satıldığı üçün bu qiymətə qoyulub. Əmlakın sahibi Kamran adlı şəxs bildirir ki, Nabranda bu ərazidə boş torpağın qiyməti 6500-5000 min manat arasıdır. Nəzərə alsaq ki, həyətdə iki ev də var bu həmin əmlakın indiki bazar iqtisadiyyatına uyğun maya dəyərinə bərabərdir.

REKLAM

Nabranın bu ərazisində dediyimiz əmlakın bu qiymətə satılması və ümumilikdə Nabranda əmlakların qiymətlərini maraqlanmaq üçün Xaçmaz rayon İH-Nabran İƏV-nin nümayəndəsi Nəzakət İsgəndərova ilə əlaqə saxladıq. Nəzakət xanım cavabında bildirdi ki, dediyiniz əmlak həqiqətən çox ucuz qiymətə satışa qoyulub. Yəqin təcili olduğu üçün belədir. Amma nəzərinizə çatdırım ki, Nabranda dənizə yaxın yerlərdə vaxtı ilə bir sotun qiyməti hətta 10-12 min manat arasında belə dəyişir. Son bir neçə ildə bu ərazidə evlərin, torpağın qiymətində ucuzlaşma müşahidə edilir. Amma bu ildən qiymətlərin yenidən yüksəlməsi müşahidə edilə bilər. Səbəb kimi isə Nabrana keçən il qazın, bu il isə yeni yolun çəkilməsini misal göstərmək olar.

Bəs torpağın, əmlakın alqı-satqısı ilə məşqul olan şəxslər nə düşünür?

Mütəxəsis Elşən Şahbazov: Bir neçə il bundan öncə Nabranda ev, bağ, villaların və s. satışında canlanma var idi. Amma son illərdə bu işlər çox ləng gedir. Satıcı və alıcılar çox hallarda sosial şəbəkələr üzərində özləri razılaşmalar həyata keçirirlər. Amma buna baxmayaraq bu il Nabrana yeni yolun çəkilməsi, ərazilərin çirkablardan təmizlənməsi, xarici investorların marağının artması qiymətlərin yüksəlməsinə və alqı-satqı bazarına təsir edə bilər.

Saytımız vasitəsi ilə məlumatı oxuyanlar alqı-satqı etmək üçün əsl vaxtdır. Elə isə bazar iqtisadiyyatıdır. Qazanada bilərsiz, itirədə…

İstixeber.info Nabran 24.05.2019
Rəşad Orucoğlu

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26