BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İsmayıllıda narkotik bitki yetişdirən qadın saxlanılıb – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini S. Həsənova saxlanılıb.

REKLAM

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman dəmir və plastik qablarda xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 33 ədəd çətənə və 6 ədəd xaş xaş bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı S. Həsənova barəsində RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq davam etdirilir.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26