BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

POLİSLƏR ONU YANĞINDAN XİLAS ETDİLƏR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Daxili işlər orqanları əməkdaşının günün bütün saatlarında apardıqları xidmət nəticəsində yüzlərlə, minlərlə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısı vaxtında alınıb.

İstixeber.info xəbər verir ki, mayın 22-də gecə saatlarında Quba rayon mərkəzində yerləşən obyektlərin birində yanğın hadisəsi baş verib. RPŞ-nin PPXT-nın əməkdaşları, polis serjantları Cəlal Qubatov və Vilayət Əlicabbarov həmin anları belə xatırlayırlar:

REKLAM

– Biz rayon ərazisində gecə növbəsində avtopatrul xidmətini yerinə yetirirdik. Qəflətən obyektlərin birinin ikinci mərtəbəsində yanğın baş verdiyini gördük. Biz özümüzü itirməyərək dərhal həmin obyektə yaxınlaşdıq. Obyektin daxilində bir nəfər şəxs köməksiz vəziyyətdə idi, alov isə vaxt keçdikcə genişlənirdi. Bu zaman biz bağlı olan dəmir qapını açaraq həmin xanımı açıq havaya çıxarmağa müvəffəq olduq. Köməksiz vəziyyətdə olan şəxsə ilk yardım göstərdikdən sonra onu səhhəti tamamilə normallaşdı. Daha sonra onun Xaçmaz şəhər sakini S.Əlizamanova olduğunu bildik.
S.Əlizamanova həyatlarını riskə ataraq onu ölümün pəncəsindən qurtaran cəsur polis əməkdaşlarına təşəkkür və dərin minnətdarlığını bildirir.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26