BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qazsız qalan sakinlər: “Digər kəndlərə qaz xəttinin çəkilməsinə icazə verən deyilik” – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün Xaçmaz rayonun Seyidlər kəndinin sakinləri etiraz səslərini İstixeber.info-nun və digər KİV-nin kameralarına danışıblar.

Beləki, bir neçə ay bundan öncə çəkiliş qrupumuz bu kəndə qazlaşma ilə bağlı məsələni işiqlandırmışdır. Həmin o vaxt bizə cavab olaraq Azəriqaz İB-dən və digər qrumlardan məlumat vermişdilər ki, yaxın aylarda bu kəndə və bu əraziyə yaxın kəndlərdə qazlaşma işlərinə başlanacaq.

REKLAM

Amma dünən səkinlərin bizə etdiyi müraciət bizimdə marağımıza səbəb oldu. Çəkiliş qrupumuz Xaçmaz rayonu Seyidlər kəndinə çatanda kənd sakinlərinin bir araya toplaşdığının şahidi oldu. Şahidi olduğumuz digər bir məsələ isə yolun kənarında dayanan texnikalar və qaz xətlərinin çəkilməsi üçün işə başlamaq istəyən iş icraçıları idi. İlk öncə kəndin toplaşan əhalisini və iş icraçıları ilə məsələni öyrənməyə çalışdıq. Bizi görən Xaçmaz rayon İH-nin Kənd Xudat İƏV-nümayyəndəsi Şölə Mirzəyeva bu məsələdən özünündə şok keçirtdiyini hiss eləmək olurdu. İlk sualımız isə elə Şölə xanıma oldu.

Şölə xanım bu sakinlər nə istəyir axı?

İcra Nümayəndəsi məsələyə aydınlıq gətirdi ki, bu sakinləri narahat edən məsələ neçə illər kəndin aşağı hissəsi ilə qaz xətti keçib. Amma bu kənd qaz üzünə həsrət qalıb. Maraqlı məsələ isə indi baş verib. Bu kənddən növbəti iki kəndə qaz xətti çəkilir, özüdə kəndin düz mərkəzi ilə. Yenədə bu kənd qaz üzünə həsrət qalacaq. Bizdə İƏV-yi olaraq məsələ ilə bağlı Xaçmaz rayon İH-nin başçısı Şəmsəddin Xanbabayev cənablarına müraciət edəcəyik ki, bu kəndində qazlaşması həyata keçirilsin.
İcra nümayyəndəsinin dediklərini dinlədikdən sonra kənd sakinləri bir mənalı olaraq bildirdilər ki, kəndimiz bu il qazlaşmasa digər kəndlərə kəndimizin içindən qaz xəttinin çəkilməsinə icazə verən deyilik. (Kənd sakinlərinin və İƏV-nin dedikləri video linkdə əks olunub)
Məsələnin ciddiliyini nəzərə alıb, Azəriqaz İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbaliyevlə əlaqə saxladıq. İbrahim müəllim cavabında bildirdi ki, ümumilikdə statistikaya baxanda Xaçmaz rayonu ölkədə ən çox qazlaşdırılan rayonlardan biridir. Qaldı ki, dediyiniz məsələyə bəli bu il Xaçmaz rayonunda layihəyə və ayrılmış maliyyə vəsaitinə uyğun olaraq Xaçmazın iki kəndi Digahoba və Ləgər kəndləri qazlaşdırılacaq. Kənd sakinlərinin müraciətini isə aidiatı üzrə qrumlara çatdıracam.
Sonda isə bir şad xəbəri elə saytımız vasitəsi ilə Seyidlər kəndinin sakinlərinə çatdırmaq istəyirik.Gözünüz aydın!!!Səsiniz aidiatı qrumlara çatdı.Sizin də kəndiniz mavi yanacaqla təmin olunacaq  .Nə demək olar,yeni çəkiləcək qazınız mübarəkdir.Eviniz hər zaman isti olsun.

İstixeber.info Xaçmaz-Xudat 20.05.2019
Rəşad Ağaşirinov

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26