BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Pərvin: Təhqirləriniz önəmsizdir


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“İldə 1 ayı müsəlman olan təmiz, saf, qeybətsiz, paxıllıq hissi olmayan gözəl millətim, başladız… Neçə gün idi şəkil qoymurdum, necə darıxmışdım fəsadlığınız üçün. Siz hələ də bu 8 ildə başa düşməmisiniz ki, mən sizə görə yox, istədiyim kimi yaşayıram”.

İstixeber.info-nun məlumatına görə, bu sözləri aktrisa Pərvin Abıyeva İnstaqram səhifəsində yazıb. Yayımladığı açıq foto tənqid olunan Pərvin heç kimə əhəmiyyət vermədiyini yazıb.

REKLAM

Təhqirlərin qarşısını almaq üçün şərh bölümünü bağlayan Pərvin açıq-saçıq fotolar yayımlamağa davam edəcəyini bildirib:

“Məni seçib izləyən sizsiniz. Ona görə də qəbul edəcəksiniz. Başqa yolunuz yoxdur. Ya siz məni belə qəbul edib sevəcəksiniz, ya da belə qəbul edib sevəcəksiniz. Sizin təhqir dolu “tənqidləriniz” mənim üçün o qədər önəmsizdir ki, ona görə də heç dəyişmirəm. Dəyişirəm, amma işimdə, böyüyürəm, güclənirəm. Çünki mən buyam. Siz üstümə gəldikcə, mən daha da böyüyürəm. İçinizdə sevgi bəsləyin, ancaq sevgi. Humanist olaq, camaat”.\Buta.media

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26