BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycan həbsxanalarında “qanuni oğru” və kriminal vəziyyət necədir?


Azərbaycan həbsxanalarında “qanuni oğru” və kriminal vəziyyət necədir?
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bəzən mediada məhbuslar arasında kütləvi dava, ölüm halları ilə bağl xəbərlər yayılır. Hətta müxtəlif ölkələrdə, o cümlədən keçmiş Sovet ölkələrində “qanuni oğru” və kriminal aləmlə bağlı şəxslərin fəaliyyəti açıq müşahidə olunur. Bəs, görəsən, Azərbaycan həbsxanalarında kriminal vəziyyət necədir? Digər məhbusların təhlükəsizliyi necə təmin olunur?

İstixeber.info-nun məlumatına görə, məsələ ilə bağlı Sonxeber.az-a Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov açıqlamasında söyləyib ki, digər Sovet ölkələrindən fərqli olaraq, Azərbaycanda CÇM-də, İstintaq Təcridxanalarında kriminal ünsürlərin, kriminal aləmin nüfuzlu şəxslərinin hər hansısa təsirindən söhbət gedə bilməz.

REKLAM

Mehman Sadıqovun sözlərinə görə, CÇM-lərdə vəziyyət, əməliyyat şəraiti əməkdaşlar tərəfindən ciddi nəzarətdədir, tam stabildir:

“Kriminal aləmlə bağlı heç bir problemimiz yoxdur. CÇM-də Azərbaycanın hər bir bölgəsindən hər peşə üzrə kifayət qədər müxtəlif cinayətlər törədən məhkumlar saxlanılır. Onların hər biri ilə həm qrup, həm də fərdi şəkildə islah tərbiyyə prosesi üzrə lazımi tədbirlər görülür. Əlbəttə ki, buna baxmayaraq, məhkumlar arasında davalar olur. Ancaq bu heç vaxt kütləvi hal almır”.

Qurumun rəsmisi CÇM-lərdə məhkumlar arasında cinsi azlıqlarla, eyni zamanda az yaşlı uşaqları zorlayan pedofillərlə bağlı məsləyə də toxunub:

“Bu, çox həssas bir mövzudur. Əlbəttə ki, törətdikləri cinayətdən asılı olaraq, azyaşlı uşaqları zorlayan pedofillərə, cinsi azlıqlara münasibət eyni deyil. Müəyyən bir mənada bu kimi cinayət halları xoşagəlməzdir. Lakin Penitensiar Xidmətin əməkdaşları bütün məhkumlara eyni gözlə baxır və eyni şəraitdə saxlanılır. Digər məhkumlara qarşı olan davranış, həmin məhkumlara qarşı da sərgilənir”.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26