BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Dövlət Sığorta Şirkəti Avtosfer.az saytının əməkdaşına qarşı süründürməçilik edir – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Dövlət Sığorta Şirkəti Avtosfer.az saytının əməkdaşına qarşı süründürməçilik edir.

İstixeber.info xəbər verir ki, Azərbaycan Dövlət Sığorta Şirkətində sığortalanmış avtomobil yol hərəkəti qaydasını pozaraq saytımızın əməkdaşının avtomobilinə yüngül zərər vurub.

“REKLAM” 

Yol nəqliyyat hadisəsi rəsmiləşdirildikdən sonra DYP-dan verilən forma 4 və digər sənədlər sığorta şirkətinə çatdırılıb. Bundan sonra avtomobil qiymətləndirilib və sığorta şirkətinin Vüsal Hacıməmmədov adlı əməkdaşı 29.04.2019-cu il tarixli “Təmirə Yönləndirmə”-yə dair akt tərtib edərək avtomobilin zədələnmiş detalını servis mərkəzinə göndərib.

Həmin aktda “Sənədlər Qaydasındadır” bölməsini təsdiq ediblər. Lakin hal hazırda həmin sığorta şirkətinin servis mərkəzinin rəhbəri Dərgah adlı şəxs həmin təmir olunmuş detalı sürücüyə verməkdən imtina edir. Səbəb kimi isə bildirir ki, DYP-dan verilən sənədin bir yerində ağardıcı məhluldan istifadə edərək yenidən yazı yazılıb. Sənəddə bu problem olduğuna görə sığorta servisə ödəniş etməyəcək.
Buradan sual yaranır ki, əgər sənədlər qaydasında deyildisə avtomobilin təmirə yönləndirilməsi ilə bağlı verilən aktda sənədlərin qaydasında olmasını necə təsdiq ediblər və zədələnmiş detal necə təmir olunub? Deməli bu akt saxta və keçərsiz bir sənəddir.

Ümid edirik ki, yaranmış süründürməçiliklə bağlı yuxarı instansiyalar müvafiq tədbirlər görəcək.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26