BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

MİNGƏÇEVİR SAKİNİNİN EVİNDƏN ÇƏTƏNƏ BİTKİLƏRİ AŞKAR EDİLİB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini 36 yaşlı Qribov Viktor Aleksandroviç şübhəli şəxs qismində saxlanılıb. Ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman xüsusi aqrotexniki qaydada qulluq edilmiş 9 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı Q. V. Aleksandroviç barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26