BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Günahı tərk etməyin ən yaxşı fürsəti


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Quranın baharı ayı və İlahi rəhmət ayı gəlib çatmışdır. Hər şeydən əvvəl oruc tutanlar Ramazan ayının əhəmiyyətindən xəbərdar olmalıdırlar. Çünki əgər Ramazan ayını lazım olan qədər tanısalar, ondan daha yaxşı istifadə edə biləcəklər. O zamana qədər ki, oruc tutan müsəlman bu aya olan baxışını islah etməz, bu ayın onun üçün başqa aylardan heç bir fərqi olmaz.

İmam Səccad (ə) bu mübarək ayla bağlı Allaha belə dua edir: “Allahım, Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər və bu ayı tanımağı və onun hörmətini böyük tutmağı və bu ayda qadağan etdiyin hər şeydən çəkinməyi bizə ilham et!”.

İstixeber.info deyerler.org-a istinadən bildirir ki, İlahi Övliyalar bu ayı yaxşı tanıdıqlarına görə onun gündüzlərindən və gecələrindən bəhrələnə bilirdilər. Ənəs ibn Malik Həzrət Peyğəmbər (s) haqqında nəql edir: “O zaman ki, Ramazan ayı gəlib çatırdı, Peyğəmbəri-Əkrəm (s) buyururdu: “Allah pakdır. Baxın görün nəyi qarşılamağa gedirsiniz və nə sizə üz çevirir”. Bu cümləni üç dəfə təkrar edərdi”. (Tebyan)

Ramazan ayını tanıdıqları üçün ariflər həmişə arzu edirlər ki, ilin hər ayı Ramazan ayı olaydı. Çünki onlar bu ayın dəyərini yaxşı bilirlər.

İbn Məsud Ənsari Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Əgər bəndə bu Ramazan ayında qərar olunmuş şeyə agahlığı olsa, bütün varlığı ilə istəyərdi ki, bütün il Ramazan ayı olsun”.

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər bilsəydiniz ki, Ramazan ayında sizin nələriniz vardır – Allaha daha çox şükür edərsiniz. İlk gecədə Allah ümmətimin bütün aşkar və gizli günahlarını bağışlayar”.

Ramazan ayında Allah Təbarəkə və Təala İlahi kəlamın qarilərinin əcr və savabını xüsusi qərar vermişdir. Ona görə də yaxşı olar ki, hər bir oruc tutan müsəlman evini Quran tilavəti ilə nurlandırsın. Həzrət Peyğəmbər (s) buyurur: “Quranı tilavət edərək evlərinizi aydınlandırın. Çünki nə zaman evdə Quran çoxlu tilavət olunar, həmin ev səma əhli üçün parlayar, necə ki, ulduzlar yer əhli üçün parlayar”.

“REKLAM” 

Ramazan ayı qəflət yuxusundan ayılmaq üçün yaxşı fürsətdir. Hər kim bu ayda qəflət yuxusundan ayılarsa, əməllərinin hesabını çəkər. Pis və çirkin əməllərindən əl çəkər. Özünü məkarim əxlaqa bürüyər. İmam Əli (ə) buyurur: “Ramazan ayında çoxlu istiğfar edin və çoxlu dua edin. Çünki dua bəlanı dəf edər və istiğfar ilə günahlar pak olar”.

Quran təlimlərinə əsasən orucun vacib olmasının fəlsəfəsi budur ki, təqva qüvvəsini gücləndirər. Allah bu haqda buyurur: “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”. (“Bəqərə” 183).

Bu ay duaların və tövbələrin qəbul olduğu aydır. Ona görə də günahlarımızı pak etmək üçün yaxşı fürsətdir. Həzrət Peyğəmbər (s) buyurur: “Allah Ramazan ayının hər gecəsində üç dəfə buyurar: Məndən bir şey istəyən vardırmı ki, istədiyini verəm? Tövbə edən kəs vardırmı ki, Mən ona üz çevirəm? Kimsə vardırmı ki, bağışlanma istəsin və Mən onu bağışlayam?””.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26