BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

SON DƏQİQƏ! Sərhədçilərimiz Ermənistan ordusunu məhv etdi: xeyli sayda ölən və yaralı var


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Aprelin 29-30-da Qazax rayonu istiqamətində  gedən döyüşlərdə düşmən ölkənin hərbi qulluqçuları Azərbaycan Dövlət Sərhəd Xidmətinin  bölmələri tərəfindən zərərsizləşdirilib. 

İstixeber.info xəbər verir ki, bu barədə Facebook səhifəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan məlumat verib. O bildirib ki, Tavuş istiqamətində gedən döyüşlərdə bir hərbi qulluqçu ağır yaralanıb. O, təcili olaraq vertalyotla İrəvana gətirilib.

Ermənistanın bəzi KİV-ləri isə atışma nəticəsində xeyli sayda əsgər və zabitin yaralandığını yazır. Aralarında ölənlərində olduğu deyilir.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, aprelin 29-30-da Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədində DSX sərhəd döyüş məntəqələri günün müxtəlif vaxtlarında Ermənistanın silahlı qüvvələrinin bölmələri tərəfindən bir neçə istiqamətdən iriçaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.(unikal.org)

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26