BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda falçı qapısından BİABIRÇI FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sosial şəbəkədə yayılan bir foto böyük marağa səbəb olub.

İstixeber.info “Ölkə.Az”a istinadən xəbər verir ki, İnstaqram səhifələrinin birində “Falçı qapısında” adı altında paylaşılan foto müzakirələrə səbəb olub.

“Bu görüntü Bakıda saat 07.10 də çəkilib. Camaat falçı yanına gəlib. Sübh tezdən növbədir.”- deyə bildirilən foto izləyicilər tərəfindən bir mənalı qarşılanmayıb.

Kimi orada səhər saat 4-dən növbə tutan insanlara acıyıb, kimi isə onları savadsızlıqda, avamlıqda günahlandırıb.

“Yazıqlar çarəsizdir qınamayın”, “Əlacsızlıqdan gediblər, Allah köməkləri olsun”, “Millət necə avam, savadsızdır”, “Olmasaydi axmaqlar, ac qalardi sarsaqlar. Başda savad yoxdursa yerini mövhumat cəhalət tutar.”- kimi şərhlər yazılıb.

Bundan başqa falçının əlaqə nömrəsi və ünvanı ilə maraqlananlar da olub.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26