BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Oğurluq etdikləri evi yandıran şəxslər saxlanılıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Oğurluq etdikləri evi yandıran şəxslər saxlanılıb

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, aprelin 25-də Yevlax şəhər ərazisində Nizami Cavadova məxsus evin yanması barəsində Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən dərhal muvafiq tədbirlər görülüb. Peşəkarlıqla və “isti izlərlə” keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yanğın hadisəsini törətməkdə şübhəli bilinən Yevlax şəhər sakinləri, əvvəllər məhkumluqları olan İsmayıl Məmmədov və Emin Qovayev saxlanılıb. Davam etdirilən tədbirlərlə onların yanğın hadisəsini törətməmişdən əvvəl evdən 3000 manat dəyərində məişət əşyaları oğurladıqları müəyyən edilib. Dindirilmə zamanı hər iki şəxs törətdiklər cinayət əməlini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26