BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xoşqədəmin verlişi Azərbaycanda evin yanmasına “səbəb” oldu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Füzuli rayonunun Kürdmahmudlu kəndində aprelin 22-də axşam saatlarında baş verən yanğın hadisəsinin təfərrüatları məlum olub.

İstixeber.info xəbər verir ki, Sputnik Azərbaycan-ın bölgə müxbirinin kənd sakini Nəbi Abbasovdan aldığı məlumata görə, Quliyev Səfər Məmmədxan oğluna məxsus 5 otaqlı fərdi yaşayış evi yanaraq kül olub:

“Yanğına səbəb elektrik naqillərin də qısa qapanma olduğu ehtimal edilir. Həmin vaxt evdəkilər Xoşqədəm Hidayətqızının verilişinə baxırmışlar. Yanğının genişlənməsindən buna görə heç kimin xəbəri olmayıb. Alov hər tərəfi ağuşuna alandan sonra yanğını söndürmək mümkün olmayıb. Evdən heç nə çıxara bilməyiblər”.

Xoşbəxtlikdən hadisə zamanı insan itkisi qeydə alınmayıb. Nəbi Abbasovun bildirdiyinə görə hadisə zamanı ailənin 16 yaşlı üzvü Quliyev Elgül Səfər oğlu zəhərlənib. Onun vəziyyəti ağır qiymətləndirildiyindən yeniyetmə təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Nəbi Abbasovun dediyinə görə, Səfər Quliyevin ailəsi hazırda qardaşının evində məskunlaşıb.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26