BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Toyuq dönərinin satışı ilə bağlı RƏSMİ AÇIQLAMA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Baytarlıq və sanitar-gigiyena qaydaları çərçivəsində hazırlanan toyuq mənşəli qidaların satışına və istehlakına hər hansı məhdudiyyət yoxdur”.

İstixeber.info xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, burada istehlakçıların diqqət etməli olduğu əsas məsələ emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçib-keçməməsidir.

“Agentlik əməkdaşları mütəmadi olaraq istehsal və emal sahələrində monitorinqlər və nəzarət tədbirləri həyata keçirirlər. Qeyd edək ki, vətəndaşların ictimai iaşə müəssisələrində istehlak etdiyi toyuq ətinin təhlükəsizliyi barədə sənəd tələb etmək hüququ var” – deyə məlumatda vurğulanıb.

AQTA-dan əlavə edilib ki, sahibkarlar da öz növbəsində istehlakçılara təqdim olunan qida məhsullarının təhlükəsizliyinə birbaşa cavabdehlik daşıyırlar: “Vətəndaşlarda istehlak etdiyi toyuq ətinin təhlükəsizliyi ilə bağlı şübhə yaranarsa, Agentliyin 1003 “Çağrı Mərkəzi”nə məlumat ver bilərlər”.

Xatırladaq ki, bir neçə il öncə ölkədə toyuq ətindən hazırlanan dönərin satışına qadağa qoyulmuşdu. Toyuq dönərinin satışı ilə məşğul olanlar cərimə edilirdi.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26