BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ermənilər azərbaycanlılara hücum etdi – XƏSARƏT ALANLAR VAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Avstriyanın Litsen şəhərində azərbaycanlı gənclərə hücum olub, 22 yaşlı Mirzəyev Daşqın və 20 yaşlı Aydıni Qoşqar adlı azərbaycanlılar xəsarət alıblar.

İstixeber.info xəbər verir ki, aprelin 13-ü axşam saatlarında şəhərin mərkəzindəki kafelərin birindən çıxan azərbaycanlı gənclər park etdikləri yerdən avtombillərini çıxardan zaman maneə ilə üzləşiblər.

Belə ki, bu zaman başqa bir avtomobil həmin yerə yaxınlaşıb. Azərbaycanlı gənclər yerlərindən çıxmaq üçün yaxınlaşan avtombildən imkan vermələrini istəyiblər. Anlaşmazlıq nəticəsində mübahisə yaranıb. Qarşı avtomobildən düşən 4 nəfər onların azərbaycanlı olduğunu bilib, etnik zəmində təhqir yağdıraraq Qarabağ erməniləri olduqlarını gizlətməyiblər. Nəticədə əlbəyaxa dava düşüb, qeyri-bərabər güc qarşısında azərbaycanlı gənclər yüngül xəsarət alıblar. Ermənilər hadisə yerindən qaçıblar. (report)

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26