BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Putin və Medvedevin gəlirləri açıqlandı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

2018-ci ildə Rusiya prezidenti Vladimir Putinin gəliri 8,65 milyon rubl təşkil edib.

İstixeber.info xəbər verir ki, bu barədə Kremlin saytında yerləşdirilən gəlirlərin deklarasiyasında bildirilir.

Belə ki, məlumatda Rusiya prezidentinin mülkiyyətində iki mənzili (77 kvadrat metr və 153,7 kvadrat metr) və iki qarajı olduğu bildirilir. Dövlət başçısının QAZ-M2 və “Niva” avtomobilləri var.

Rusiyanın baş naziri Dmitri Medvedevin gəliri isə Putinin qazancından 1,3 milyon rubl azdır. Dmitri Medvedevin 47 sot torpaq sahəsi, mülkiyyətində isə sahəsi 367,8 kvadrat metr olan mənzil və iki avtomobil – QAZ-20 və QAZ-21 var.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26