BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Fuad Abbasov həbs edildi – Deportasiya olunur


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Moskvada həbs edilən azərbaycanlı jurnalist Fuad Abbasov Rusiyadan deportasiya edilir.

İstixeber.info xəbər verir ki, bu barədə qərar dünən Moskva məhkəməsi tərəfindən qəbul edilib.
“Polis Abbasovun mənzilində axtarış apardıqdan sonra onu həbs edib. Abbasovun deportasiyası bazar ertəsi həyata keçiriləcək, – mənbə bildirib.

Qeyd edək ki, Fuad Abbasovun deportasiyasının tələbi ilə Rusiyanın bir neçə azərbaycanlı icması Moskva məhkəməsinə müraciət edib.
Xatırladaq ki, son zamanlar Rusiyada Azərbaycan diasporu ətrafında böyük bir qalmaqal yaşanıb. Belə ki, Rusiya ictimaiyyətinin bir sıra aktivistləri Abbasovu diaspor təşkilatının yeni rəhbəri postuna təyin edib.
Rusiyada Azərbaycanlılar Konqresinin və Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) rəhbərliyi də daxil olmaqla, digər fəallar isə bu təşəbbüsə qarşı çıxıb və Fuad Abbasovu ittihamçı adlandırıblar.\yenicag

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26