BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Cəlilabaddakı aksiyaya görə icra başçısı PA-ya çağırıldı – Qərar ləğv edildi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ötən gün Cəlilabad fermerlərin kartof rüsumuna görə etiraz etməsi ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov axşam saatlarında təcili Prezident Administrasiyasına çağırılıb.

İstixeber.info-nun məlumatına görə, sözügedən məsələ ilə əlaqədar Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdir Zeynal Nağdəliyev tərəfindən Namiq Zeynalova müvafiq təlimatlar verilib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov əlaqə yaratmaq mümkün olmayıb.

Məsələ ilə əlaqədar 68 saylı Cəlilabad kənd seçki dairəsindən Milli Məclisə seçilmiş deputat Mirkazım Kazımov isə faktı dolayısı ilə təsdiqləyib.

Deputat açıqlamasında ötən gün fermerlerin aksiyası ilə əlaqədar icra başçısı ilə əlaqə saxladığını söyləyib:

“Mən hadisədən dərhal sonra başçı ilə telefon əlaqəsi saxladım. O mənə təcili rəhbərlik tərəfindən Bakıya çağırıldığını bildirdi. Eyni zamanda rayonda vəziyyətlə də maraqlandım. Artıq məsələ tam həllini tapıb. Bildiyimə görə, artıq kartofa qoyulan rüsumla bağlı qərar da ləğv olunub. Sakinlər də bu qərardan çox razı qalıblar. Sağ olsun cənab Prezident, tapşırıq verib, məsələ öz həllini tapıb”.\demokrat.az

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26