BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

13 saylı həbsxanada məhbusları çarmıxa çəkiblər


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Qaradağ rayon Puta qəsəbəsində yerləşən 13 saylı həbsxanasında məhbusların incidilib.

İstixeber.info xəbər verir ki, bu barədə virtualaz.org-a həmin məhbuslar Fətulla Əlimədətovla Şamo Cəfərovun qohumları xəbər veriblər.

Onların sözlərinə görə, qəsdən adam öldürməyə görə cəza çəkən Fətulla Əlimədətov və quldurluq ittihamı ilə həbs edilən Şamo Cəfərov döyülüblər və sonradan onları cərimə təcridxanasına salıblar.

“Onlar hazırda çarmıxa çəkilmiş vəziyyətdədir, onları incidirlər”, – deyə adının açıqlanmasını istəməyən məhbus yaxını deyib.

Bildirilir ki, buna səbəb məhbusların rejim pozuntusudur.

“Onlar barakda say yoxlamasından sonra çay içiblər. Buna görə də, həbsxana rəhbərliyi tərəfindən belə cəzalandırılıblar”, – məhbusun qohumu deyib.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26