BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Baş nazir Novruz Məmmədovdan DTX ilə bağlı qərar imzalayıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Nazirlər Kabineti “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin növlərinin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə” 2006-cı il 15 sentyabr tarixli 212-23 nömrəli, “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin növlərinin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 2010-cu il 16 iyul tarixli 139-8 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin siyahısı”nda dəyişiklik edilməsi barədə” 2016-cı il 24 may tarixli 199-9 nömrəli qərarlarının məxfiliyinin açılması və “Əməliyyat-axtarış prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarının məxfiliyinin açılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 sentyabr tarixli 418 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında qərar imzalayıb.

İstixeber.info-nun xəbərinə görə, qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmış təklifinə əsasən imzalanıb.

Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin növlərinin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə” 2006-cı il 15 sentyabr tarixli 212-23 nömrəli, “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin növlərinin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 2010-cu il 16 iyul tarixli 139-8 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin siyahısı”nda dəyişiklik edilməsi barədə” 2016-cı il 24 may tarixli 199-9 nömrəli qərarlarının məxfiliyi açılıb.

Bununla yanaşı, “Əməliyyat-axtarış prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000- ci il 15 avqust tarixli 139-6 nömrəli qərarının məxfiliyinin açılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 sentyabr tarixli 418 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1946) adına və mətninə “Əməliyyat-axtarış” sözlərindən sonra “fəaliyyəti” sözü əlavə edilib.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26