BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qaynar çay və qəhvənin böyük zərəri aşkarlandı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Beynəlxalq alim qrupu çayın və ya qəhvənin qaynar içilməsinin qida borusu xərçənginin meydana gəlmə və inkişafı riskini artırdığını müəyyən edib.

İstixeber.info xəbər verir ki, elmi araşdırmanın nəticələri “EurekAlert!” nəşrində dərc olunub.

Alimlər 40-75 yaşları arasında 50 mindən çox insan arasında qidalanma vərdişlərini araşdırıb və orta hesabla 10 il müşahidələr aparıb. Tədqiqat qrupu bu müddət ərzində 317 nəfərə qida borusu xərçəngi diaqnozu qoyulub.

Alimlər belə bir nəticəyə gəlib ki, gündəlik olaraq temperaturu 60C-dən yüksək olan 700 ml-dən çox çayın və ya qəhvənin içilməsi, sözügedən ölümcül xəstəliyin inkişafı riskini 90 faiz artırır. Alimlər bu riski aradan qaldırmaq üçün qaynar çayı soyuduqdan sonra, ilıq içməyi tövsiyə edir. (oxu.az)

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26