BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Martın 20-də Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

İstixeber.info Müdafiə nazirliyinin məlumatına istinadən xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub və xatirəsinə ehtiram ifadə edilib.
Müdafiə naziri general-polkovnik Z.Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb. Bayram münasibəti ilə hərbi qulluqçuları təbrik edən Müdafiə naziri onlara sovqatları təqdim edib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb.

Tibb heyəti ilə görüşən Müdafiə naziri hospitalın kollektivini bayram münasibətilə təbrik edib, uğurlar diləyib və müvafiq tapşırıqlar verib.
Görüşün sonunda Müdafiə nazirinin əmri ilə hospitalın rəisi tibb xidməti polkovniki Tofiq Tağıyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilib.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26